Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2015

QAT yenə erməni bayrağını yandırdı

Şəkidə və Maştağada aksiya keçirilib, QAT sədri Akif Nağı geniş aksiyaların da gündəmdə olduğunu bildirib

Qarabağ Azadlıq Təşkilatı (QAT) yenə erməni bayrağını yandırıb. Təşkilatdan verilən məlumata görə, QAT üzvləri Şəkidə və Maştağada aksiya keçirərək, erməni bayrağını yandırıblar.

“Hərəyə bir erməni bayrağı yandıraq!”, - çağırışına cavab olaraq, əvvəlcə QAT-ın Şəki şöbəsinin təşəbbüsü ilə erməni bayrağı yandırılıb.

“Bu gün hərəyə bir erməni bayrağı yandıran sabah müharibədə hərəyə bir erməni öldürəcək, işğalçıların kökünü kəsəcək, torpaqlarımızı işğaldan azad edəcək. Düşmənə nifrət, düşmənə ölüm! Hər kəsi müqəddəs savaşa səfərbər olmağa çağırırıq!”, - deyə aksiya iştirakçıları bəyanat da veriblər.

Həmçinin, QAT İdarə heyətinin üzvü Mahirə Muradovanın təşəbbüsü ilə Maştağada da erməni bayrağı yandırılıb, erməni idmançılarının Bakını tərk etmələri tələb olunub.

QAT sədri Akif Nağı məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, hələ ki, geniş etiraz aksiyaları keçirə bilmirlər: “Hələlik Ermənistanın bayrağını yandırırıq. Sonra vəziyyətə baxacağıq. Ancaq aksiyaların keçirilməsi də gündəmdədir”.

Onun sözlərinə görə, I Avropa Oyunları ərəfəsində aksiya keçirdiklərinə görə QAT üzvlərini iki dəfə polisə çağıraraq, onlara xəbərdarlıq ediblər: “Biz aksiya tələbimizi də hakimiyyətə bildirmişik. Ermənilər Azərbaycanı tərk etsinlər. Biz aksiya keçirməyi gündəmdən çıxarmamışıq. Sadəcə, xalqa müraciət edə bilmərik ki, hansısa tarixdə etiraz edək. Ancaq müraciətlərimizi dəfələrlə etmişik, demişik ki, hər kəs etirazını bildirsin. Təəssüf ki, hamı müdrikcəsinə susur. Oyunlardan əvvəl çağırış etmişdik, kimlərinsə xoşuna gəlmədi. Ancaq düşünürəm ki, hər kəs ermənilərin buraya gəlməsinə etirazını bildirməlidir. Bu, tək QAT-ın üzərinə düşən bir iş deyil”./musavat/
588 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı