Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2015

Əsgər ölümləri niyə gizlədilir?

«Iyunun 26-na qədər ordu ilə bağlı əhvalı pozacaq məlumatların getməməsinə çalışılır»

Üzeyir Cəfərov: «Çünki ondan artıq şəxsə general rütbəsinin verilməsi nəzərdə tutulub»


Bir neçə gün öncə ordumuzda daha iki əsgərin ölümü haqda mətbuatda məlumat dərc olundu. Məlumatda vurğulanırdı ki, əsgərlərdən biri Tovuz, digəri isə Gədəbəydəndir.
Qəzetimizə daxil olan məlumatda vurğulanırdı ki, Tovuzun Qaralar kəndində yerləşən bölükdə Tapdıqov soyadlı əsgər özünü öldürüb. Əsgərin hansı şəraitdə intihar etdiyi haqda heç nə deyilmir. Intiharın səbəbi kimi isə məlumatda deyilir ki, əsgər komandirləri tərəfindən incidilib. Bildirilir ki, Ağdaş rayonundan olan Tapdıqov məzuniyyətdən hərbi hissəyə yenicə qayıdıbmış.
Digər əsgərin isə özünü asdığı vurğulanırdı. Intiharın səbəbi kimi əsgərin çox ağır formada fiziki zorakılığa məruz qalması göstərilir. Intihar edən əsgərin ad-soyadını öyrənmək mümkün olmayıb.
Amma baş verən olaylarla bağlı Müdafiə Nazirliyinin reaksiyası da olmadı. Əgər bir müddət əvvələ qədər MN mətbuatda əsgər ölümləri və ordu ilə bağlı digər neqativ hallara reaksiya verirdisə hazırda əks proses yaşanır. Mətbuatda dərc olunan əsgər ölümləri ilə bağlı məlumatlara diqqət ayrılmır.
Müdafiə Nazirliyinə məlumatla bağlı müraciət etsək də səylərimiz nəticə vermədi. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirdi ki, bizi maraqlandıran suallar yalnız nazirliyin elektron poçt ünvanına göndərildikdən sonra cavablandırıla bilər. Yəni artıq uzun müddətdir mətbuatda halanan bu informasiya cavab ala bilmədik. Halbuki bu tip informasiyalarda müvafiq təşkilatların operativ reaksiya verməsi vacib şərtlərdəndir.
Bəs əsgər ölümləri ilə bağlı məlumatlara son zamanlar reaksiya verilməməsi nədən irəli gəlir? Bu məlumatlar sanki gizli saxlanılır.

Ekspert Üzeyir Cəfərov bildirdi ki, əgər Müdafiə Nazirliyi susursa, bu razılıq əlaməti kimi dəyərləndirilməlidir. Ekspertin fikrincə, bu tip məlumatlar bilərəkdən ictimailəşdirilmir: “Iyunun 26-na qədər ordu ilə bağlı əhvalı pozacaq məlumatların getməməsinə çalışılır. Çünki ondan artıq şəxsə general rütbəsinin verilməsi nəzərdə tutulub. Özü də bu şəxslərin sıralarında elələri var ki, onların adları mətbuatda dəfələrlə rüşvət və korrupsiya ilə bağlı hallanıb. Ona görə Müdafiə Nazirliyi bu cür mövqe tutur. Halbuki, insan taleyindən söhbət gedir”.
Ekspert onu da vurğuladı ki, bu cür yanaşma ölkədə Avropa Oyunlarının keçirilməsi ilə də bağlıdır: “Düşmən atəşkəsi pozur, həyasızlığını davam etdirir. ATƏT-in həmsədri Zəngilan qaçqınları qarşısında çıxış edərkən bəyan edir ki, ümid edirəm ki, siz gələcəkdə gedib Zəngilanda ermənilərlə birgə yaşayacaqsınız. Axı Zəngilanda azərbaycanlılar ermənilərlə heç zaman birgə yaşamayıb. Amma ATƏT həmsədrinin açıqlamasına rəsmi strukturlardan heç biri reaksiya vermədi. Mən dövlətimin, xalqımın uğuruna sevinirəm. Amma hər şeyi Avropa Oyunlarına qurban vermək olmaz. Məgər Avropada ölüm, itim, hadisə yoxdur?”./azadlıq/
588 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı