Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2015

Kadırov: "Nemtsovu amerikalılar öldürüb"

Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan edib ki, siyasətçi Boris Nemtsovun qətlində Ukrayna Təhlükəsizlik İdarəsi (UTİ) və ABŞ izini axtarmaq lazımdır.

Bu barədə “İnterfax” qəzeti məlumat yayıb.

“Hesab edirəm ki, cinayətin izini Çeçenistanda yox, Ukraynada, UTİ-də, daha sonra isə ABŞ-da axtarmaq lazımdır. Cinayətin arxasında Atam Osmayevin olmasına dair məlumatlar var. Hazırda o, Ukraynada “Cövhər Dudayev batalyonuna” rəhbərlik edir”, - deyə Kadırov bildirib.

Kadırov həmçinin siyasətçinin ölümündə əli olması ilə bağlı ittihamları qəti şəkildə rədd edib: “Mənim haqqımda deyirlər ki, guya mən hardasa Nemtsovu öldürmək lazım olması barədə fikir söyləmişəm. Lakin bu yalandır! Onu öldürmək mənim nəyimə gərəkdir? O, bizə nə edib?, Məgər o bizə mane olurdu? O, uzun müddət idi ki, Çeçenistana gəlmirdi. Sonuncu dəfə mən onu 14 il əvvəl Qudermes şəhərində görmüşəm”

Xatırladaq ki, Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov fevralın 28-i gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən açılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib.

Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Nemtsov qətlə yetirilən gün Kiyevdən gəlibmiş...
502 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat