Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2015

“80 min terrorçu Türkiyədən Suriyaya daxil olub”

“Səksən min muzdlu terrorçu Türkiyə və ya İordaniya sərhədləri ilə Suriyaya daxil olub”.

Bu bəyanatla Suriyanın BMT-dəki nümayəndəsi Bəşşar Əlcəfəri çıxış edib.

Suriyanın “Əl-nəşr” qəzeti Suriya rəsminin bu açıqlamasını yayıb. Bəşşar Əlcəfərinin sözlərinə görə, BMT-nin baş katibi və ya onun müavinləri tərəfindən verilən məlumatlarda xeyli problemli məqamlar var. “ Suriya ölkə böhranının həlli üzrə hər cür müsbət anlaşmaya hazırdır”-deyə o vurğulayıb.

BMT-dəki nümayəndə KİV-lərdə aparılan anti-Suriya kampaniyasında əsas məqsədin Suriya dövlətinin imicini pozmaq olduğunu bildirib. Əlcəfəri bəyan edib ki, ABŞ, İsrail və İordaniya “Əl-Nüsrə Cəbhəsi”nin başçılıq etdiyi “Ceyşulmuk” və “Cəyşulfəth” qruplarına təlim keçir.
499 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat