Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2015

"Bizi girov kimi saxlayırlar"

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktoru Emin Hüseynovun ailəsi İsveçrə hökumətinə və bu ölkənin Bakıdakı səfirliyinə 10 ay ərzində göstərdikləri köməyə və onu müdafiə etdiklərinə görə təşəkkür edir. Bu barədə Turan-a və Amerikanın Səsi radiosuna müsahibəsində hüquq müdafiəçisinin qardaşı, bloger Mehman Hüseynov bildirib.

O təsdiq edib ki, E.Hüseynov getdikdən sonra evə zəng edib və hazırda İsveçrədədir. Emin İsveçrə və Azərbaycan hakimiyyətləri arasında danışıqlardan və israrlı xahişlərdən sonra ölkəni tərk edə bilib. Bu, Avropa Oyunlarının açılış günü olub və E.Hüseynov Azərbaycanı Bakıya səfərə gəlmiş İsveçrənin XİN rəhbəri Didye Buxkalterin təyyarəsi ilə tərk edib.

Bundan əvvəl, 10 ay ərzində o, həbsdən Bakının Mərkəzində İsveçrə səfirliyində gizlənib. Bu müddət ərzində hələ 2003-cü ildə mitinqin dağıdılması zamanı travmalar alan hüquq müdafiəçisinin səhhəti pisləşib. İndi Emin İsveçrədə müalicə olunur, deyə onun qardaşı bildirib.

Digər tərəfdən, Mehman Hüseynov artıq 4 ildir ölkədən çıxa bilmir. Onun pasportu və şəxsiyyət vəsiqəsi heç bir əsas göstərilmədən əlindən alınıb.

“Düşünürəm ki, Emin doğmaları ilə görüşü üçün şərait yaradılması xahişi ilə müraciət edəcək və mən də qardaşıma baş çəkməyə icazə verilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edəcəyəm”, deyə Mehman Hüseynov bildirib.

O, həmçinin qeyd edib ki, Eminin İsveçrə səfirliyində olduğu dövrdə ailəyə təzyiq göstərilib. Belə ki, Mehman dəfələrcə faktiki olaraq oğurlanıb və prokurorluğa aparılıb, valideynləri dindirilib.

“Qardaşım faktiki olaraq ölkədən sürgün edilib. Hüquq müdafiə fəaliyyəti ilə əlaqədar ona qarşı saxta cinayət işi açııb. Ümid edirəm ki, xarici pasportum mənə qaytarılacaq, şəxsiyyət vəsiqəsi veriləcək ki, gedib qardaşımı görə bilim. Əks halda, belə çıxır ki, bizi burada girov saxlayırlar”, deyə Mehman Hüseynov bildirib.
457 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...