Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2015

“Dağlıq Qarabağ Respublikası”nın idmançıları Bakıya gəlir

“Bakıda keçirilən I Avropa Oyunlarında iştirak edən bütün idmançılar Avropa Olimpiya Komitəsi tərəfindən dəvət olunub”.

Bunu separatçı “Dağlıq Qarabağ Respublikası”nı təmsil edən erməni idmançıları - güləşçilər Sose Balasaryan və Aşot Qabrielyanın “Bakı-2015” I Avropa Oyunlarında iştirakını virtualaz.org saytına şərh edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

R.Abbasovun sözlərinə görə, Azərbaycan tərəfi bu iki erməni idmançısını yarışlara dəvət etməyib, baxmayaraq onlar Ermənistan Respublikasının vətəndaşları kimi çıxış edirlər: “Lakin bu erməni idmançılar əgər hansısa təxribata əl atsalar, məsələn, tanınmamış bədnam qurumun “bayrağını” qaldırsalar, onlara qarşı sərt tədbirlər görüləcək. Buna görə ilk növbədə Ermənistan Milli Olimpiya Komitəsi cavab verməli olacaq, çünki komitə öz üzərinə müəyyən öhdəliklər götürüb. Zənn etmirəm ki, o ermənilər burada hansısa təxribata əl atmağa cürət göstərərlər”.

Qeyd edək ki, bu iki idmançının "Bakı-2015" Avropa Oyunlarına qatılacağı barədə “DQR”-in “idman komitəsinin sədri” Razmik Ovsepyan iki gün öncə məlumat vermişdi. R.Ovsepyanın sözlərinə görə, Azərbaycan ərazisindəki bu separatçı və bədnam “dövlət”in iki idmançısı iyunun 20-də Bakıya gedəcək, iyunun 23-də isə onlar artıq Avropa Oyunları yarışlarına qatılacaqlar.
530 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı