Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2015

Sifarişin haradan gəldiyi məlum oldu

Rauf və Eynullanın ifasını eyni dirijor tənzimləyir

Yenə də yuxarıdan tapşırıq gəldi. Deməli, yenə də satılmışların mövsümü başlayır. Yenə də Milli Şura, AXCP, Cəmil Həsənli, Əli Kərimli haqqında “şər fabriki”nin istehsal etdiyi məhsullar üzə çıxıb. Hakimiyyətin beynəlxalq aləmdə gözdən düşdüyünü, ölkə daxilində hakimiyətə nifrətin artdığını, Milli Şuranın yeganə müxalifət qurumu kimi legitimləşdiyini görən “xüsusi təyinatlı”lar mühasirədəki YAP rejimin xilas etməyə çalışırlar. Rauf Arifoğlu-Eynulla Fətullayev “duet”inə, üstəlik eldən aralı düşmüş Elbəyi də transfer edilib.
Yəqin ki, bu adamların Cəmil Həsənli və Əli Kərimli haqqında yazdıqlarını oxuyursuz. Yəqin ki, onların yazılarının altındakı şərhlərə də diqqət edirsiz. 100-lərlə bitərəf insan nifrətlərini, bu adamalardan iyrəndiklərini ifadə edirlər. Bəli, cinayətkar rejimin köləsinə çevrilənlər, bitərəfləri də tərəf tutmağa məcbur qoyublar.
Dünənə qədər xaricdə Rauf Arifoğlu üçün məmur villası axtaran Elbəyi Həsənli indi Raufun yeni “proje”sində yer alıb. Görünür, xaricdəki məmur villaları ilə bağlı siyahı bitib. Ya da mülk sahibləri ilə Bakıda anlaşma olub. Elbəyi Həsənliyə yeni işində uğurlar arzulayıb, keçək əsas mətləbə.
Allah heç bir istədiyi bəndəni bunların gününə salmasın. Təsəvvür edin ki, Eynulla, Rauf kimi adamlar, Cəmil Həsənlini, Əli Kərimlini xəyanətdə ittiham edirlər. Bəli, Ilham Əliyevin qarşısında diz çökənlər, rejimin qarşısında dik dayananlara çamur atmağa davam edirlər. Görünür, özünü satmaq da vərdişə çevrilə bilir. Bir dəfə özünü satışa çıxartdınsa, müştərilər hər zaman xidmət tələb edəcək.
Əslində Eynulla-Rauf cütlüyünün şər kampaniyasında xor oxuması xeyli mətləblərə aydınlıq gətirdi. Indi məlum oldu ki, bu “qoşa bülbüllər” hansı dirijorun çubuğu ilə ifa edirlər. Bu “dirijor” isə insanın yalnız bugününü deyil, dünənini və sabahını da idarə edir.
Bu adamlar Allahı da rejimə satdıqları üçün bütün allahsızlıqlara imza ata bilirlər. Bu adamlar hər dəfə istifadə olunduqca daha da dibə batırlar. Bu ölkədə simasını saxlamış, özünəhörmət edən neçə adamın Raufu, Eynullanı dəstəklədiyini görürsüz? “Yeni Müsavat”ın ad günündə qəzeti təbrik edənlər, qəzetin öz kollektivi oldu. Elbəyi Həsənlinin 11 saat əvvəl yazdığı “şər naməsi”ni 11 nəfər bəyənib. Rauf Arifoğlu 5 gün öncə Milli Şura əleyhinə material paylaşıb və bu materialı 3 nəfər bəyənib. Bütün bunlar ictimai rəyin göstəricisidir. Bu adamların hansı yolda olduğu üzə çıxdı. Artıq cəmiyyətdə hamı bilir ki, Rauf Arifoğlu Etibar Hüseynovkimilər fəsiləsindəndir.
Sonra da “Yeni Müsavat”ın əməkdaşı “Səs”ə oxşamadıqlarını sübut etməyə çalışır. Bəlkə də fərqli tərəfləriniz də var. Amma son illər oxşar cəhətləriniz daha çox görünür. Əli Kərimlini, Cəmil Həsənlini hədəf seçən, Milli Şuranı Rusiya proyekti adlandıran qəzeti “The Guardian” ilə müqayisə etməliyik? Bu gün real müxalifətə “Səs”in, “Yeni Azərbaycan”ın münasibəti necədirsə, “Yeni Müsavat”ın münasibəti də eynidir. “Yeni Müsavat”ın əməkdaşı Cəmil Həsənlini “maşennik professor” adlandırırsa, bu ifadələri hansı qəzetin dəst- xətti ilə eyniləşdirməliyik.
Əslində, Eynullaları, Raufları ifşa edən keçmişləridi. Bu adamların keçmişinə baxanda neçə dəfə cild dəyişdikləri aydın görünür. Amma bir müddət əvvəl Rauf Arifoğlu etiraf etdi ki, keçmişdə dediklərindən imtina edir. Deməli, bu adam keçmişindən də imtina edir. Bu isə bütün insani dəyərlərdən imtina etməkdir.
Elin gözü həqiqətən də tərəzidir. Kimin necə yaşadığı, kimlərə xidmət etdiyi aydın görünür.
Ramazan ayının ilk günləridir. Ramazan sözünün mənası “yandırmaq” deməkdir. Kimisi haramları, pislikləri, alçaqlıqları, kimisi də özünü yandırır.
Şərə sədaqətlə xidmətə davam edin. Bütün dayaqları məhv olmuş hökumət, bir az da Eynullanın, Raufun çiynində getsin. Əsas olan odur ki, sonu asanlıqla görmək olur.
Rauf-Eynulla duetinin sonrakı ifasına tamaşa edək. Yəqin ki, sifarişin haradan gəldiyi hamıya məlum oldu./azadlıq/
637 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:21
Dolların məzənn