Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2013

3 dekabr-Ümumdünya Əlillər Günüdür

Hər il dekabr ayının 3-ü dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur.

Bu barədə BMT-nin Baş Assambleyasında qərar Rusiya Federasiyasının təşəbbüsü ilə 1992-ci ildə qəbul olunub. Hər ilin həmin günü BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur.

Qeyd edək ki, dünyada əlil insanların sayı 1000 000 000-a bərabərdir. Azərbaycanda isə ümumi əhalinin 5,5 faizi (506 127 nəfər) əlildir.

Onların bir hissəsi XX əsrin ən dəhşətli fəlakəti sayılan İkinci Dünya müharibəsinin, Birinci Qarabağ müharibəsinin, erməni soyqırımının və terrorunun nəticəsidir. Amma anadangəlmə əlil olanlar da az deyil. Məhz onlar əhalinin başqa təbəqələri ilə müqayisədə sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə daha çox möhtacdırlar. Bu insanlar hətta maddi cəhətdən təmin olunsalar belə, isti münasibət, doğmalardan və yadlardan qayğı, mərhəmət və diqqət umurlar.
2010 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber