Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyun 2015

ABŞ: "Rusiya ilə adi rejimdə biznes aparmağın vaxtı deyil"

ABŞ hesab edir ki, iqtisadi mənada hazırda Rusiya ilə adi rejimdə biznes aparmaq olmaz. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

Qeyd edək ki, bir müddət əvvəl bəzi KİV-lər Səudiyyə Ərəbistanının Rusiyadan “İsgəndər” raket komplekslərinin əldə etmək niyyətində olduğu barədə məlumat yayıb.

“Nə qədər ki Rusiya beynəlxalq hüququ pozur, onunla adi rejimdə biznes aparmaq olmaz”, deyə Kirbi KİV-də yayılmış xəbərləri şərh edərkən bildirib.

“Biz sahibkarları Rusiya ilə əməkdaşlığı dayandırmağa çağırmırıq. Elə sahələr var ki, biz Rusiya ilə əməkdaşlığı davam etdiririk – buraya, misal üçün, təhlükəsizlik məsələləri aiddir. Mən hər şeyi nəzərdə tutmuram, lakin Rusiya ilə biznes adi şəkildə aparılmamalıdır”, deyə Kirbi bildirib./apa/
463 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 11:27
Banklar kütləvi ş