Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyun 2015

"İŞİD İraq ordusundan daha çox silaha malikdir"

İŞİD terror qruplaşması ABŞ-dan dəstək alan İraq ordusundan daha çox silaha malikdir. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Sankt Peterburq Beynəlxalq iqtisadi forumda bildirib.

“Mən İraqla bağlı bir neçə dəfə açıqlama vermişəm. Biz bilirik orada nə baş verir. ABŞ İraqı dəstəkləyir, ordusunu silahlandırır, təlim keçir. İki-üç zərbə ilə İŞİD zirehli texnika və raketlər də daxil olmaqla xeyli silah-sursat ələ keçirdi, hazırda İraq ordusu bəlkə də o qədər silaha malik deyil. Geniş ictimaiyyət bu barədə az məlumatlıdır... Hazırda İŞİD ABŞ-ın dəstəklədiyi İraq ordusundan daha yaxşı silahlandırılıb”, deyə Putin qeyd edib.
641 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.18, 14:35
Başımıza gələn nazir
Go to TOP