Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2013

Sarımsaq meningiti önləyir

Məlumata görə sarımsaq körpə yeməklərində olan və meningitə yol açan bəzi mikrobları öldürür. Bu onun tərkibində olan kimyəvi maddələrin köməyi ilə reallaşır. Aparılan tədqiqatlar sarımsağın tərkibində müalicəvi maddələrin olduğunu göstərmişdir. Tərkibində olan "fitonsid" maddəsi sarımsağı bakteriyalara qarşı təsirli edir.
Kanadadakı British Columbia Universitetinin Professoru Xiaonan Lu, həmin bakteriyanın qana qarışaraq körpələrə zərər verdiyini bildirib.
Onun sözlərinə görə bu körpə yeməklərinə sarımsaq qarışdırılması mənasını vermir. Əsas məqsəd körpə yeməkləri istehsalına diqqəti artırmaq, lazımlı gigiyenik şərtləri təmin etməkdir.
Xüsusilə süd məhsullarının istehsalında elə maddələr olur ki, sarımsaq həmin maddələrə yaxşı təsir göstərir. Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır.
Soyuqdəymə və sətəlcəm olduqda tənəffüs yollarını açmaq üçün sarımsaq faydalıdır.
Xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində istifadə olunur.
Məlumatlarda bu müalicəvi bitkinin qədim zamanlardan şərq təbabətində dərman kimi istifadə olunduğu bildirilir.
1950 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:23
Pakistan