Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyun 2015

AKP-nin yeni hökumətlə bağlı transfer planı

Gürsəl Tekin: «Pullar Qətərdə, Azərbaycanda hazırdır»

Türkiyə mətbuatı son seçkidən sonra təkbaşına iqtidar olmaq şansını itirən AKP-nin yeni hökumətlə bağlı növbəti planından yazıb. İddialara görə, hökumətin qurulması ilə bağlı ən təhlükəli ssenarilərdən biri AKP-nin 18 millət vəkilini transfer etməsidir. CHP baş katibi Gürsəl Tekin transfer iddiaları ilə bağlı «Sözcü» qəzetinə danışıb. Tekin bildirib ki, 258 millət vəkilinə sahib olan AKP-nin iqtidarı qoruya bilmək üçün müxalifətdən 18 deputatın dəstəyinə ehtiyacı var. Və partiya hazırda ciddi şəkildə transfer planı üzərində işləyir. Təkbaşına iqtidar qurmaq üçün AKP-nin hər şeyə hazır olduğunu bildirən CHP yetkilisi «Pullar Qətər və Azərbaycanda hazır vəziyyətdədir» deyə maraqlı iddia səsləndirib: «Bizim üçün namus qavramı çox dəyərlidir. Kimlərinsə millətin iradəsini, öz namusunu bazara çıxaracaq düşüncəyə sahib olmasını anlaya bilmirəm. CHP buna əsla getməz. MHP və HDP daxilində isə beləsinin olacağına milyonda bir də olsa, ehtimal vermək istəmirəm. AKP iqtidarda qalmaq üçün insanları tək pul yox, başqa vasitələrlə də ələ ala bilər. AKP-nin bir istəyi var – iqtidar, yenə də iqtidar. Orta yol yoxdur. Müxalifətdə qalmağın baha başa gələcəyini bilir. Hər cür çirkli oyunlara baş vura bilərlər. AKP üçün 30-40 milyon heçnədir. Ortada haramla işləyən iş adamlarının gələcəyi var. Həmin iş adamları buna hazırdır. Pul sıxıntısı yoxdur. Pullar Qətərdə, Azərbaycanda hazırdır».
503 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı