Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyun 2015

Ölümcül xəstəliklərin dərmanı tapıldı

Koreyalı həkimlərin möcüzəvi icadı hamını təəccübləndirdi.

Bəşərin yeni bəlası hesab edilən və son günlər adı tez-tez hallanan MERS virusunun çarəsinin tapıldığı iddia edilir.

Afrikada minlərlə insanın həyatına son qoyan Ebola virusundan sonra, indi isə Uzaq Şərqdə yayılan Yaxın Şərq Respirator Sindrom (MERS) virusunun vaksini axtarılmağa başlanılıb.

Yaranan böhran səbəbilə Cənubi Koreyalı səhiyyə nümayəndələri çıxış yolları axtararkən, QİÇS (AIDS), Ebola və SARS (MERS) viruslarını təsirsiz hala gətirən dərman (vaksin) icad etdiklərini bildiriblər.

Hər hansı bir müalicəsi olmayan bu ölümcül xəstəliklərin qarşısını alan və təsirsiz hala salan dərmana “Kumdang-2” adı verilib.

“Möcüzəvi” dərmanın hazırlanmasında uzun müddətdən bəri Koreya yarımadasında olan jenşen bitkisindən və torpaqdan götürülmüş bəzi mineralların istifadə edildiyi deyilir.

Xatırladaq ki, ötən gün Cənubi Koreyada MERS virusundan ölənlərin sayı 24 idi./ans/
508 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...