Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyun 2015

Yəmən danışıqları heç bir nəticə verməyib

Yəmənlə bağlı Cenevrədə keçirilən 5 günlük toplantıda heç bir razılıq əldə olunmayıb
Danışıqların toplantısında heç bir yekun bəyanat da verilməyib

İnterAz-ın RT-ə istinadla verdiyi xəbərə görə, bu barədə BMT-in Yəmən münaqişəsi üzrə nümayəndəsi İsmail Vuldi Şeyx məlumat verib.

Danışıqların toplantısında heç bir yekun bəyanat da olmayıb.

Danışıqlarda vasitəçilik edən BMT nümayəndəsi gələcək danışıqların baş tutub-tutmaması barədə də konkret proqramlardan söz açmayıb.

Qeyd edək, ki BMT Yəməndə ramazan ayında atəşkəsin bərpa edilməsi istiqamətində səy göstərsə də bu baş tutmayıb.

Ölkəni tərk edib, Səudiyyə Ərəbistanına qaçmış hökumətin nümayəndələri husilərin və Əli Abdullah Salehin qüvvələrinin əyalətlərdən çıxmasını tələb edirlər. Qarşı tərəf isə Əlqaidə terror təşkilatı və digər radikal qruplaşmaların boş qalmış əyalətlərə hakim çıxacağı barədə xəbərdarlıq edirlər.

Qeyd edək ki, Yəmən ordusunun böyük hissəsi hazırda husiləri dəstəkləyir. Ekspertlər bildirir ki, ordu qüvvələri, husilər və silahlanmış “Xalq Komitələri”in əyalətlərdən çıxması Əlqaidə və Yəmənin cənubunda olan separatçı qüvvələrin güclənməsinə səbəb olacaqdır.
481 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:06