Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2013

Milli Şura mitinqlərə başlayacaq

Milli Şura Azərbaycanda benzinin qiymətinin artırılmasına etiraz əlaməti olaraq mitinqlərə başlayacaq.

Bunu öz facebook səhifəsində Müsavat başqanı İsa Qəmbər bəyan edib. Bir neçə il bundan əvvəl də benzin qiyməti artanda kütləvi mitinqlərə başladıqlarını deyən İsa Qəmbər həmin vaxt bunun effekt göstərmədiyini etiraf etsə də, dinc etirazların vacibliyini vurğulayır: “2007-ci ilin yanvarında qiymətlərin kəskin artmasına qarşı Müsavat Partiyası olaraq etiraz mitinqlərinə başladıq. Bir neçə mitinq keçirdik, amma böyük bir kütləvilik olmadı. Sabah (artıq bu gün) Milli Şuranın sessiyasında müzakirə edək, məncə dinc etiraz mitinqlərinə başlamaq lazımdır. İstənilən halda son söz xalqındır!”.

Qeyd edək ki, dekabrın 3-də Tarif Şurası növbəti iclası keçirilib. Şura rabitə, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin, təbii qazın iri istehlakçılara (“Azərenerji” ASC və “Azərikimya” İB) satışı və bəzi neft məhsullarının satışı tariflərinə baxılıb. İclasda Dövlət Neft Şirkətinin bəzi neft məhsullarının, kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tariflərinə dair müraciətinə baxılıb və müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Belə ki, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub. Bundan başqa, şuranın qərarı ilə kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tarifi isə hər 1000 kubmetr üçün 80 manat səviyyəsində təsdiq edilib.

Rabitə xidmətləri üzrə yeni tariflər 1 yanvar 2014-cü il tarixindən təsdiq olunmuş digər tariflər isə 3 dekabr 2013-cü il tarixindən tətbiq ediləcək./hafta/
1780 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber