Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2015

5 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı rəsmi açıqlama

Fövqəladə Hallar Nazirliyi (FHN) iyunun 20-də Qaxda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

FHN-in saytının verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qax şəhəri, Qax-Şəki yolunun 5-ci kilometrliyində vətəndaşlara məxsus minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Niva” markalı minik avtomobilinin sərnişinləri 1991-ci il təvəllüdlü Əjdər Paşa oğlu Liftiyev və 1993-cü il təvəllüdlü Anar İftixar oğlu Zəminli, “Mercedes” makralı minik avtomobilinin sürücüsü Samir Teymur oğlu Məcidov və sərnişin 1986-ci il təvəllüdlü Pərvin Kamil oğlu Tosov hadisə yerində vəfat ediblər.
930 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 15:42