Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2013

Hökumətdən xalqa arxadan vurulan zərbə

Bəli, yenə də qışın oğlan çağında yanacaq bəzi parametrlər üzrə aşağı-yuxarı 20-45% arası bahalaşdı. Nominalla desək, benzin və dizelin 1 litrində ən azı 15-20 qəpik bahalaşmaya gedildi. Kalkulyativ normalarda xərclərin prioritetləri sırasında daşınma xərclərinin ilk sıralarda olduğunu nəzərə alsaq, benzin bahalaşmasının bütün sahələrə sirayət edəcəyi birmənalıdır. Yenə də kalkulyasiya hesablamalarına görə, benzinin bu həddə bahalaşması zəruri istehlakın minimum 20% bahalaşmasını qaçılmaz edir. Bununla da seçki ərəfəsində büdcədən maliyyələşən bəzi təbəqələrin 10% artırılan əmək haqqları ən azı 2 dəfə geri qaytarıldı. Zəruri istehlak səbətinin təməl tərkibi olduğundan, bu addım bütün sahələr üzrə, xüsusilə xidmətdə qiymətləri yüksəldəcək. Buradan əzilən əmək haqqının bahalaşan xərclərlə mühasirədə təkbaşına qalması birinciyə çox baha başa gələcək.
Hökumətin son ana qədər bahalaşma faktını gizlətməsi isə bu dözümlü ölkə vətəndaşına qarşı böyük sayqısızlıqdır. Bunu həm də məntiqi sürəc kimi də qiymətləndirmək olar. Belə ki, ölkədə neft və yanacaq məhsullarının qiymətlərinin artması barədə rəsmi məlumat dekabrın 3-də, bahalaşmadan sonra açıqladı. Əslində diqqətli alıcı bahalaşmanın ən azı 10 gün əvvəl başladığını müşahidə edirdi. Bahalaşma qərarı ötən günün, dekabrın 2-si son saatlaradək dövlət sirri tək məxfi saxlanıldı. KİV-in bu barədə mütəmadi sorğularına rəğmən Nazirlər Kabineti tarif artımlarını son anadək təkzib etdi. Musavat.com bununla bağlı maraqlı bir faktı belə konstatasiya edir: "Məsələn, saat 21-də ANS TV-nin “Xəbərçi” proqramında Nazirlər Kabinetinin açıqlaması yayılıb. ANS-in sorğusuna hökumətdən belə cavab verilib: “Benzinin qiymətində heç bir artım gözlənilmir”. Göründüyü kimi, qiymət artımı ilə bağlı məlumat gizli saxlanılıb. Baxmayaraq ki, Tarif Şurasının iclası gündüz saatlarında keçirilb".
Bütün bunlar o anlama gəlir ki, vətəndaşı qorumalı olan hökumət onun nəinki rifahını düşünümür, hətta onu məlumatlandırmadan, nəzərə almadan belə istədiyi addımı istədiyi kimi ata bilir.
Sonda onu da qeyd edək ki, addım ölkədə ölkədə infilyasiyanın birrəqəmli olmasında dair Dövlət Statistika Komitəsinin nağıllarını da sıradan çıxaracaq. Bütün zərbə isə sonda xalqın, sadə vətəndaşın başında çatlayacaq.

Əbazər Əhmədli,
Deyerler.org
1855 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:09
Putindən d