Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2015

Сənubi Koreyada MERS virusuna yoluxanların sayı 169-a çatdı

İyunun 20-də Сənubi Koreyada daha 3 nəfər MERS (Yaxın Şərq Respirator Sindromu) koronovirusuna yoluxub.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, beləliklə ölümcül xəstəliyə yoluxanların sayı 169 nəfərə çatıb.

Bundan əvvəl 25 nəfərin öldüyü, 166 nəfərin isə virusa yoluxduğu bildirilirdi. Qeyd edək ki, dünyada MERS koronovirusuna qarşı vaksin hələ ki, mövcud deyil.

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, 2015-ci il, iyunun 16-a olan məlumatlara görə dünyada 1321 MERS koronovirusuna yoluxma halı qeydə alınıb, 450 nəfər xəstəlikdən dünyasını dəyişib.
389 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı