Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2015

Pakistanda anomal istidən ölənlərin sayı 120 nəfəri ötüb

Pakistanın Karaci şəhərində və onun ətraf rayonlarında qeydə alınan anomal istilər nəticəsində ən azı 122 nəfər həyatını itirib.
BBC xəbər verir ki, bu barədə Sind əyalətinin rəhbərliyi məlumat yayıb.
Əyalətin Səhiyyə Departamentinin katibi Sayed Manqnedjonun "Frans Press"ə verdiyi məlumata görə, şənbə günündən başlayaraq şəhərdə 114 nəfər istidən dünyasını dəyişib. Daha 8 nəfər Sind əyalətinin digər üç şəhərində ölüb.
Hakimiyyət bəyan edir ki, əyalətin bütün xəstəxanaları fövqəladə vəziyyət rejimində işləyir, həkimlərə istirahət günü evdə oturmaq və məzuniyyətə çıxmaq qadağan edilib.
Şənbə günü Karacidə havanın temperaturu 45 dərəcəyə çatıb. Sonuncu dəfə Karacidə bu dərəcədə isti 36 il əvvəl - 1979-cu ildə qeydə alınıb. O zaman havanın temperaturu 47 dərəcə olub.
413 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber