Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2015

Saakaşvili: "Ukrayna Avropanın ən kasıb ölkəsinə çevrilib"

Ukrayna öz resursları hesabına bütün Avropa ölkələrini lazım olan məhsullarla təmin edə bilər.
Bu barədə Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili bildirib.
Gürcüstanın sabiq prezidenti deyib ki, Ukrayna ərazisində böyük həcmdə təbii ehtiyyat, inkişaf etmiş sənaye və çox savadlı insanlar var.
Bununla yanaşı, M. Saakaşvili qeyd edib ki, hazırda Ukrayna Avropanın ən kasıb ölkəsinə çevrilib: "ÜDM göstəricisini nəzərə alsaq, Ukrayna artıq Moldovadan da kasıb ölkəyə çevrilib".
Yaranmış vəziyyətdən çıxış yoluna gəlincə, qubernator deyib ki, hökumət radikal addımlar atmalıdır: korrupsiya ilə mübarizə total şəkildə aparılmalı, ölkənin infrastrukturu isə inkişaf etdirilməlidir".
418 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber