Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2015

Əli Kərimli: "Xalq hakimiyyətin tələsinə düşməməlidir"

AXCP sədri Əli Kərimli Mərkəzi Bankın dollarla olan əmanətlərlə bağlı son qərarına Facebook səhifəsində münasibət bildirib: İnsafsızlar! Xalqı qədim insanlar mamontları ovladığı kimi “ovlayıb”, son pullarını əlindən alırlar. Filmlərdə görmüsünüz, əvvəlcə dərin xəndək qazıb, üstünü də ağac budaqları ilə örtürdülər ki, həmin yerin qazıldığını mamont görməsin. Sonra da bütün başqa istiqamətlərdən mamontu qovurdular. Bədbəxt mamonta yalnız bir yol qalırdı - əvvəlcədən onun üçün hazırlanmış qazmaya düşmək. Qalanını da bilirsiniz... Eynisini hökumət xalqımızın başına gətirir. Xalqın başını tamaşa ilə qatıb, xəndəyi qazıblar. İndi qalıb, xalqı qovub onun üçün hazırlanmış tələyə salmaq. Aydındır ki, hökumət yeni devalvasiyaya hazırlaşır. Bu devalvasiya qərarında da hədəflərin biri xalqın banklarda manatla saxladığı əmanətlərdir. 34 faizlik, birinci devalvasiya zamanı əmanətçilərin əlindən faktiki 2.2 milyard manat pullarını bir gecədə aldılar. Yenə də eynisini etmək istəyirdilər. Amma bu dəfə xalq zirək tərpənib. Xeyli adam artıq imkan tapıb, manatla olan əmanətini çevirib dollara. Beləliklə, hazırda banklarda olan əmanətlərin 70 faizi xarici valyuta (əsasən dollar) ilə yerləşdirilib. Hökumətin devalvasiyanı ləngitməsinin əsas səbəbi də budur. Yəni günü sabah manatın devalvasiyası baş versə, banklar daha çox itirər, nəinki əmanətçilər. Çünki əmanətlərin yalnız 30 faizi manatladır. Bir halda ki, heç bir iqtisadi islahata, anti-korrupsiya, anti-monopoliya tədbirlərinə gedilmir, deməli, növbəti devalvasiya qaçılmazdır və bunu hakimiyyət hər kəsdən yaxşı bilir. Amma onu da başa düşürlər ki, indi veriləcək devalvasiya qərarı bankları əmanətçilərdən də möhkəm vura bilər. Bunu isə etmək olmaz, bankların kimə məxsus olduğu artıq məlumdur. Ona görə də öz fitnəkar ağıllarını işlədiblər, necə edək ki, yenidən sadə xalqı həvəsləndirək, əmanətlərini qaytarsınlar manata, sonra da biz həmin əmanətlərin başına daş salaq? Yolunu tapıblar. Mərkəzi bankın tövsiyyəsi ilə banklar dollarla əmanətləri artıq yalnız illik 2-5 faizlə götürürlər (əvvəllər 10-14 faizlə götürürdülər). Manatla əmanətlər isə müddətindən asılı olaraq banklar tərəfindən 12-16 faizlə götürülür. “Mamont ovu” da buna deyirdim. Elə vəziyyət yaradırlar ki, insanlar çarəsiz qalıb, əmanətlərini yenidən dollardan manata çevirsinlər və hökumət də devalvasiya qərarı verəndə arxayın olsun ki, bu dəfə də hesabı xalq verəcək, bankların sahibinə ziyan dəyməyəcək. İndi gərək xalqımız da zirək olsun, onun üçün hazırlanmış tələyə düşməsin. İnsafsızlar! Xalqı qədim insanlar mamontları ovladığı kimi “ovlayıb”, son pullarını əlindən alırlar. Filmlərdə görmüsünüz, əvvəlcə dərin xəndək qazıb, üstünü də ağac budaqları ilə örtürdülər ki, həmin yerin qazıldığını mamont görməsin. Sonra da bütün başqa istiqamətlərdən mamontu qovurdular. Bədbəxt mamonta yalnız bir yol qalırdı - əvvəlcədən onun üçün hazırlanmış qazmaya düşmək. Qalanını da bilirsiniz... Eynisini hökumət xalqımızın başına gətirir. Xalqın başını tamaşa ilə qatıb, xəndəyi qazıblar. İndi qalıb, xalqı qovub onun üçün hazırlanmış tələyə salmaq. Aydındır ki, hökumət yeni devalvasiyaya hazırlaşır. Bu devalvasiya qərarında da hədəflərin biri xalqın banklarda manatla saxladığı əmanətlərdir. 34 faizlik, birinci devalvasiya zamanı əmanətçilərin əlindən faktiki 2.2 milyard manat pullarını bir gecədə aldılar. Yenə də eynisini etmək istəyirdilər. Amma bu dəfə xalq zirək tərpənib. Xeyli adam artıq imkan tapıb, manatla olan əmanətini çevirib dollara. Beləliklə, hazırda banklarda olan əmanətlərin 70 faizi xarici valyuta (əsasən dollar) ilə yerləşdirilib. Hökumətin devalvasiyanı ləngitməsinin əsas səbəbi də budur. Yəni günü sabah manatın devalvasiyası baş versə, banklar daha çox itirər, nəinki əmanətçilər. Çünki əmanətlərin yalnız 30 faizi manatladır. Bir halda ki, heç bir iqtisadi islahata, anti-korrupsiya, anti-monopoliya tədbirlərinə gedilmir, deməli, növbəti devalvasiya qaçılmazdır və bunu hakimiyyət hər kəsdən yaxşı bilir. Amma onu da başa düşürlər ki, indi veriləcək devalvasiya qərarı bankları əmanətçilərdən də möhkəm vura bilər. Bunu isə etmək olmaz, bankların kimə məxsus olduğu artıq məlumdur. Ona görə də öz fitnəkar ağıllarını işlədiblər, necə edək ki, yenidən sadə xalqı həvəsləndirək, əmanətlərini qaytarsınlar manata, sonra da biz həmin əmanətlərin başına daş salaq? Yolunu tapıblar. Mərkəzi bankın tövsiyyəsi ilə banklar dollarla əmanətləri artıq yalnız illik 2-5 faizlə götürürlər (əvvəllər 10-14 faizlə götürürdülər). Manatla əmanətlər isə müddətindən asılı olaraq banklar tərəfindən 12-16 faizlə götürülür. “Mamont ovu” da buna deyirdim. Elə vəziyyət yaradırlar ki, insanlar çarəsiz qalıb, əmanətlərini yenidən dollardan manata çevirsinlər və hökumət də devalvasiya qərarı verəndə arxayın olsun ki, bu dəfə də hesabı xalq verəcək, bankların sahibinə ziyan dəyməyəcək. İndi gərək xalqımız da zirək olsun, onun üçün hazırlanmış tələyə düşməsin.
500 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...