Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2015

Kərəm Həsənov 93 yaşlı köçkünü evsiz qoyub

Komitə sədri ölkə başçısının adından istifadə etməklə vətəndaşların mülkiyyətini sökərək yerində otel tikib

Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov 93 yaşlı məcburi köçkün Ziba Abbasova və ailəsini aldadaraq evsiz qoyub. Özü də Kərəm Həsənov bu əməli Ilham Əliyev adından istifadə etməklə törədib. Bu barədə Ziba Abbasova Istiqlal.az-a ünvanladığı müraciətdə deyir. Onun sözlərinə görə, 1993-cü ildə Ağdam rayonundan köçkün düşüb.
Bakıda nəvəsinin adına olan “Azadlıq” prospekti 154, mənzil 68 ünvanında məskunlaşıb: “2010-cu ilin sonlarında Əmlak Məsələləri üzlə Dövlət Komitəsinin əməkdaşları bizə gələrək dedilər ki, yaşadığını bina söküləcək, siz də evi boşaltmalısız. Binanın sökülməsini isə onun yerində prezident Ilham Əliyev üçün ev tikiləcəyilə izah etdilər. Əmlak komitəsinin Yusif Qəmbərov adlı işçisi dedi ki, sizə ayrı yerdən mənzil veriləcək. Həmin şəxslər 2011-ci ildə yenidən gələrək bizdən evi boşaltmağı tələb etdilər. Mən isə buna etiraz edərək yaşadığım evin şəxsi mülkiyyət olduğunu bildirdim. Eyni zamanda mənzildə 5 nəfər məcburi köçkünün yaşadığını onların nəzərinə çatdırdım”.
Ziba Abbasova bildirib ki, bundan bir neçə gün sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yenidən gələrək onları məcburi şəkildə evdən çıxarıblar:"Ermənilər bunlar insaflı idi. Bu adamlar özlərini elə aparırdılar ki, sanki biz azərbaycanlı deyilik. Ev əşyalarımızı çölə tökdülər, bəziləri sındı. Baş verənlərlə bağlı dəfələrlə ölkə başçısına müraciət etdim. Lakin heç bir nəticəsi olmadı".
Şikayətçinin sözlərinə görə, sonradan məlum olub ki, Kərəm Həsənovun işçiləri onları aldadıb: “Sən demə həmin binanın yerində prezident üçün ev yox, hansısa məmur üçün otel tikilirmiş. Beləliklə, biz 5 məcburi köçkün küçələrdə qalmışıq. Bizə bu günə qoyan Kərəm Həsənov və deputat qardaşı Malik Həsənov olub. Mənim ailə üzvlərim vaxtilə repressiyaya məruz qalıb. Ikinci dünya müharibəsində iştirak edən mərhum həyat yoldaşım 1-ci qrup əlil olub. Yəni, mən bu həyatda çox zülm çəkmişəm. Indi bu qoca yaşımda yenə də zülmlə üz-üzəyəm. Biz sayıtıniz vasitəsilə ölkə başçısına müraciət edərək ondan öz vətəndaşına sahib çıxmasını, Kərəm Həsənovun biz məcburi köçkünlərə ikinci dəfə köçkün həyatı yaşatmağa imkan verməməsini xahiş edirik”.
413 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi