Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2013

"Hökumət bizi orta əsrlərdəki kimi idarə etsin..."

İqbal Ağazadə: “Hökumət bizi orta əsrlərdəki kimi idarə etsin, qiymət artımında isə Avropanı misal gətirsin?”

Ölkədə qiymət artımına start verildi. Bu axşam yanacağın qiymətinə olan 33%-lik əlavə, yaxın günlərdə bütün sahələrdə öz təsirini qoyacaq. Qiymətləri Avropa və digər inkişaf etmiş ölkələrlə müqayisə edən hökumət, bəzi siyasətçilər və ekspertlər tərəfindən ciddi tənqid olunub. Son qiymət artımının heç bir məntiqə sığmadığını bildirən ekspertlər, bu artımının insanları daha da yoxsullaşdıracağını bildiriblər.

Bu barədə Deyerler.Org-a fikirlərini bölüşən “Ümid” partiyasının rəhbəri və deputat İqbal Ağazadə bildirib ki, niyə idaretmə məsələsi gələndə biz heç yerə tabe olmaq istəmirik, amma qiymət artımı gələndə Avropa yada düşür?: “Qiymətlərin artımını müəyyən edən hökumət, maaşları müqayisə etsin. Bundan sonra görsün ki, Avropa ölkələri ilə müqayisə etdiyi maaşı vətəndaşına verə bilirmi? Digər tərəfdən qiymət artımı filan yerdə bu qədərdir deyə, Azərbaycanda da bu qədər olsun deyə bir anlayış yoxdur. Əgər işə o şəkildə yanaşılırsa, onda alternativ yanaşaq. Türkmənistan da neft ölkəsidir. Əgər demokratiya quruculuğunda, azad cəmiyyət quruculuğunda Avropaya oxşaya bilmirlərsə, heç olmasa bu tipli məsələlərdə Türkmənistana, İrana, Ərəb ölkələrinə oxşasınlar. Niyə idaretmə məsələsi gələndə biz heç yerə tabe olmaq istəmirik, amma qiymət artımı gələndə Avropa yada düşür? Bəs nə üçün maaşlarda, ədalətli məhkəmədə, insan haqlarında niyə Avropa deyilsən? Bunun cavabını verə bilirlərsə buyurub cavabını versinlər. Biz də deyək ki, bağışlayın biz Avropada yaşayırmışıq. Sən bizi orta əsrlərdəki kimi idarə et, sonra da qiymət artımına Avropanı misal gətir. Hökumət qiymət artımına haqq qazandıra bilməz”.
1735 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber