Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2015

"Səudiyyənin hökmranlığı sona yetdi"

Ənsərullah hərəkatından Cenevre açıqlaması.

Çenevrə görüşmələri mövzusunda açıqlamalar verən Ənsərullah hərəkatının liderlərindən biri Səudiyyənin Yəməndəki hökmranlığının artıq sona çatdığını bildirib.

Qasım əl-Xatib "Səud rejimi və onların Yəməndəki nökərlərinin hədəfi, edilən hücumlara haqq qazandırmaq idi. Əvvəlcə Cenevrə görüşlərinin siyasi olması qərarlaşdırılmışdı. Yəmənli siyasi qruplar Cenevrəyə gələndən sonra səudiyyəlilər bütün cəhdlərini danışıqların uğursuz keçməsini təmin etmək üçün yönəltdilər" dedi.

Səudiyyə Ərəbistanının Yəməndə atəşkəs yaradılmasını əngəllələdiyini bildirən Qasım əl-Xatib ölkəsinin nüməyəndə heyəti olaraq əvvəldən bu danışıqlara hər hansı ümüd bəsləmədiklərini açıqladı.

Xatib "Cenevrə görüşmələrində Yəmənli qruplar arasında siyasi müzakirələr aparılacaqdı. Xariçilərin bu görüşmələrə müdaxilə etməsi danışıq mövzusu deyildi. Əvvəlcə BMT təyyarəsi Yəmənə boş döndü. Çünki "qanuni qrupla" "üsyançı qrupun" müzakirəsindən bəhs edilirdi. Daha sonra yəmənli qruplar müzakirəyə başlayınca biz bunu anlayışla qarşıladıq. Amma bəziləri Səudiyyə Ərəbistanın müdaxiləsinə zəmin hazırlayıb bizə qəbul etdirmək istədi. Biz isə bunu qəbul etmədik." dedi

Cenevrə görüşlərində BMT-nin müstəqil davranmadığını və ABŞ-ın diqtəsiylə hərəkət etməsini isbat etdiyini vurğulayan Xatib, "Səudiyyəlilər Yəməndə cinayət işləyərkən millətlər birliyinin qəsdən susduğunu gördük. Yəməndə hümanitar vəziyyət getdikcə daha vahiməli bir hala gəlir. Amma nə baş versə də məzlum Yəmən xalqının xeyrinə oldu. Cünki Səud rejimi həç bir hədəfinə çata bilmədi. Artıq rejimin Yəməndəki hökmranlığı sona yetib" deyə qeyd etdi./İslaminsesi.org/
465 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı