Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2015

Maradona FİFA prezidenti olmaq istəyir

Argentina millisinin sabiq futbolçusu Dieqo Maradona Beynəlxalq Futbol Federasiyası (FİFA) prezidentliyinə öz namizədliyini irəli sürmək niyyətindədir

Bu barədə "Ahora" nəşri uruqvaylı jurnalist Viktor Moralesə istinadən xəbər verir.

"Dieqo FİFA-da dəyişikliklərin olmasını istəyir. Ona görə də o, öz namizədliyini irəli sürmək niyyətindədir. O, FİFA ətrafında münaqişədə iştirak etməmək qərarına gəlib. O, mübarizə aparmaq niyyətindir. Onun böyük nüfuzu var", - deyə Morales bildirib.

Qeyd edək ki, daha əvvəl Venesuela prezidenti Nikolas Maduro da Diaqo Marodanının Beynəlxalq Futbol Federasiyasının (FİFA) yeni prezidenti olmasının istədiyini bildirmişdi.

Xatırldaq ki, iyun ikisi FİFA prezidenti Yozef Blatter istefa verib. O, bu barədə Sürixdə keçirilən mətbuat konfransında bildirib.
Yenidən FİFA prezidenti seçilən Blatter bu vəzifədə onu hamının dəstəkləmədiyini bildirib.

Xatırladaq ki, Blatterin postundan istefa verməsinə səbəb FİFA-da məlum rüşvət qalmaqalı və yüksək vəzifəli məmurların həbs olunmasıdır. Blatterin istefa qərarı FİFA-da gözlənilməz olub. Blatter dörd gün öncə keçirilən prezident seçkilərində sayca üçüncü dəfə FİFA prezidenti seçilmişdi.
526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı