Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2015

Putin administrasiyasının rəhbəri sanksiyaları faydasız saydı: "İran sübutdur"

"Rusiyaya qarşı sanksiyalar tətbiq edənlərin özlərinə zərbə vurur və tam şəkildə icra oluna bilmir, çünki üçüncü ölkələrdən hər şey almaq mümkündür". “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti administrasiyasının rəhbəri Sergey İvanov “Financial Times” nəşrinə müsahibəsində bildirib.

“Müasir avadanlıqların çoxuna embarqo qoyulub. Lakin prezident Putin qeyd etdiyi kimi, SSRİ dövründə işləyən sanksiyaları, xüsusən də embarqo tipli sanksiyaları hazırda tam şəkildə tətbiq etmək mümkün deyil. Sizi inandırıram ki, istənilən avadanlığı üçüncü ölkələrdən çox rahat əldə etmək mümkündür”,- deyə İvanov bildirib.

Onun sözlərinə görə, bu prosesi dayandırmaq mümkün deyil, bunu Qərbin sanksiyalarına məruz qalmış İran sübut edib.

“Sanksiyalar hər iki tərəfi iti olan qılınc kimidir, o, həm sanksiyaya məruz qalan ölkəni, həm də sanksiyanı tətbiq edən ölkəni vurur”, - deyə İvanov vurğulayıb./apa/
494 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:25