Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2013

Həkim yeni doğulan körpəni şikəst etdi

Xocalıdan olan məcburi köçkün İntiqam Türbəndiyev Bərdədə həkim özbaşınalığından şikayətlənir.

Rayonun 105 saylı peşə məktəbində 20 ildən çoxdur ki, məskunlaşan Xocalı rayon Cəmilli kənd sakini İntiqam Türbəndiyev Mərkəzi xəstəxananın doğum evinin şöbə müdiri Xuraman Bəylərovadan şikayətçidir. Şikayətçi olan məcburi köçkün bildirir ki, onun həyat yoldaşı bu ilin yanvar ayının 6-da doğum şöbəsinə yerləşdirilib. Xuraman Bəylərova isə uşağın normal doğuşunu təmin etməyib. Nəticədə, hamilə qadında və uşaqda müəyyən problemlər yaranıb. Doğuşdan bir neçə saat sonra evə buraxılan uşaqda ciddi problemlər yaranıb. İntiqam Türbəndiyev iddia edir ki, doğuş zamanı uşaq travma alıb. Travma alan uşaq epilepsiya xəstəliyinə tutulub. Xəstəlik ağır olduğundan uşaqda tez-tez tutulmalar baş verir, əl-ayaqları quruyur və iflic vəziyyətə düşür.Ailə körpəni bir neçə gündən sonra uşaq xəstəxanasına yerləşdiriblər. Reanimasiya şöbəsində bir neçə ay yatan körpədə 11 aydır ki, müalicələr aparılır. Qeyd edək ki, bu xəstəliyə qarşı vaxtında lazımi müalicə aparılmalıdır. Əks halda sonu ifliclə nəticələnə bilər.
1686 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı