Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2015

Ərəbistanın ağır cinayət törədən məhbusları Suriyaya göndərdiyi ifşa edildi!

Nur-az.com shia-news.com-a istinadən:
WikiLeaks portalında yayılan məhrəmanə sənədlər Ərəbistanın xarici işlər nazirliyi vasitəsilə məhbuslardan ibarət qüvvələrin Suriyanın döyüş gedən məntəqələrinə yolladığı göstərilir. Məlum sənəd üzrə Ərəbistan birinci ölkə olaraq ağır cinayət məsuliyyətinə cəlb edilən ərəb və xarici ölkə vətəndaşlarını Suriyaya göndərməyə əl atıb. Bu sirli sənəddə Ərəbistanın region ölkələrinin daxili işlərinə müdaxiləsi aydın görünür və bir sıra paraqrafları xüsusi diqqət doğurur:
1. Ərəbistanın xarici işlər nazirliyinin xüsusi sifarişilə Misirdəki səfirliyi ölkədə Məhəmməd Mursi kimi islamçı fəalların hakimiyyətə gəlməsinə mane olmalıdır.
2. Ərəbistanın daxili işlər nazirliyi tərəfindən general Səud əl-Sinyana göndərilən məktuba əsasən, ağır cinayət məsuliyyətinə cəlb olunan xarici ölkə vətəndaşları əfv edilərək Suriya cəbhə bölgələrinə yola salınmalı və ailələri də, xüsusi aylıq yardımla təmin olunmalıdır.
3. Xarici işlər nazirliyi ölkə vətəndaşlarına Suriyada ailələrini itirmiş cavan qız və qadınlarla evlənməyə tam icazə verir.
4. Ərəbistan İraqın daxili iğtişaşlada əli olan təəssübkeş tayfa başçılarını himayə edir və şahzadə Nayif sünni elitlə əməkdaşlıq əlaqələrini qurmağa maraq göstərir.
Sənəddə Ərəbistanın Livanın «əl-Müstəqbəl» cərəyanının sədri Səd əl-Həririni də, maliyyələşdirdiyi qeyd edilir.
547 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP