Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2015

"Kərbəla polad biləklərlə qorunur"

Kərbəla polad biləklərlə qorunur və ayda sıralarımıza qırx min nəfər könüllü üzv olur!

Nur-az.com shia-news.com-a istinadən:
“Əl-Abbas (ə)” batalyonları üzrə inzibat komandiri Meysəm əl-Zeydi bildirib ki, ayda ölkənin müxtəlif vilayətlərindən bizim batalyonlara qoşulmaq istəyən 40 min könüllü qeydə alınır. Bizim batalyonların ölkə üzrə hərbi təlim mərkəzlərinin sayı hal-hazırda 48 ədədə yetib ki, onun birincisi Kərbəlada təsis edilib. Gələcəkdə onların 60-a qədər artacağı nəzərdə tutulub və əksəriyyəti Bağdadda yerləşərək ölkənin müxtəlif şəhər və vilayətlərində fəaliyyət göstərir. Bu plan dövlət qoşunları və polis orqanlarının əməkdaşlığı ilə bütün ölkə üçün nəzərdə tutulub və Ali mərcə məqamının hökmünü dəstəkləyərək vətənin keşiyində durmaq istəyən xalqımızın bütün oğullarını öz sıralarına qəbul edir.
Cənab Meysəm əl-Zeydi bildirib ki, hazırda Kərbəla şəhəri polad biləklərlə qorunur və polis, təhlükəsizlik qüvvələri və “Həşəd əl-şəbi” batalyonlarının tam nəzarəti altındadır və bu sıx, yenilməz səddi qırmaq qeyri-mümkündür.
1120 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber