Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2015

İŞİD terrorçuları spidə aludə olublar

Nur-az.com shia-news.com-a istinadən:
İctimai şəbəkələrdə yayılan son məlumata əsasən, Suriyanın şərq döyüş məntəqələrində fəaliyyət göstərən İŞİD-in iki xüsusi hospitalında iki xarici – indoneziyalı və misirli terroristin spidə aludə olduğu qeydə alınıb. Elə cari ilin əvvəlində də, Almaniya informasiya vasitələri Afrikadan gələn terrorist mühacirlərin vasitəsilə İraqın Mosul şəhərindəki İŞİD-in üzvləri arasında ebola və spidə yoluxanların müşahidə olunduğunu xəbər vermişdi. Həmçinin İngiltərənin “Daily mail” qəzeti ölkədəki bir sıra məhdudiyyətlərlə əlaqədar bəzən ingilis cavanların da, İŞİD-in hakim olduğu ərazilərdə cinsi ehtirasların təmininə dair hər bir azad şəraitin mövcud olduğunu nəzərə alaraq belə qruplara qoşulduğunu vurğulayıb.
Əksərən xarici ölkə vətəndaşları vasitəsilə (xüsusilə Pakistandan) yaylan bu iki yoluxucu xəstəlikdən əlavə İraq və Suriya əhalisi arasında uşaqlara məxsus iflic infeksiyasının da, yayıldığı qeydə alınıb. Son 14 il ərzində BMT tərəfindən regionda bu xəstəliyin kökünün kəsildiyi haqda verilən aktlara rəğmən, dünyanın müxtəlif ölkələrindən terrorist ünsürlərin məntəqəyə axını nəticəsində belə hallar yenidən müşahidə olunmağa başlayıb.
528 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.1