Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2013

Fazil Mustafanın XUSPA-lığı

Mayis Güləliyev: Azərbaycanda təhsil müəssisəsi açan “nurçu” adında investor kimdir?

Mənim inanclı insanlara dərim hörmətim olub həmişə. Tamamilə əminəm ki, qəlbində Allah sevgisi olan insan heç vaxt digərlərinə pislik edə bilməz. İnsan cəmiyyəti üçün vacib olan əxlaq, vicdan, ləyaqət hissləri də İnsanın Allaha olan sevgisi ilə bağlıdır. Bu kateqoriyalar maddi olan cəmiyyətin mənəvi dayağıdır. Heç vaxt inana bilmərəm ki, kimsə həqiqətən inanc əhli olsun, amma digərlərinə şər və böhtan atsın. İnana bilmərəm ki, həqiqi inanclı insan mənəvi hadisə olan dindən öz maddi mənifəəti üçün istifadə etsin! Əgər kimsə dindən öz maddi məqsədləri üçün istifadə edirsə, deməli o həqiqi inanc əhli deyil!

Mənim ziyalı insanlara da dərin hörmətim var və ziyalıları xalqın sərvəti hesab edirəm. İqtisadiyyat elmi ilə məşğul olanlar bilir ki, ölkənin milli sərvəti hesablananda nəinki yeraltı və yerüstü maddi sərvətlər, həm də ZİYALILAR sərvət kimi hesablanır. Lap uşaqlıqdan məndə belə bir əminlik var ki, əsil ziyalı digərlərinin hüquq və azadlıqlarına hörmət etməlidir. Əsil ziyalı xalqının inkişafına çalışmalıdır. Buna öz xalqını və fərdləri ələ salmaqla və aşağılamaqla deyil, inandırmaqla, maarifləndirməklə və onları səfərbər etməklə nail olmalıdır.

Söhbət Fazil Mustafadan gedir! Onun öz danışıq və yazı üslubi ilə desək, “söhbət Fazil adlı biri var, ondan gedir! O Fazil Mustafadan ki, Böyük Quruluş Partiyasının sədridir! Onun öz danışıq və yazı üslubu ilə desək, Böyük Quruluş deyilən bir partiya var, onun sədridir. Özünü inanclı insan və ziyalı hesab edən Fazil Mustafadan! O “inanclı insandan” ki, leksikasında “siğədən doğulanlar”, “şərəfsizlər”, “əxlaqsızlar” və sair kimi, nə ziyalıya, nə də inanclı insana yaraşmayan, sözlər gen- bol işlədilir. Fazil Müstafa onu tənqid edənlərə qarşı nəinki dözümlü deyil, hətta Jirinovski kimi şantaj xarakterli hücumlardan da çəkinmir. Bir qədər konkret.

Fazil Mustafa deyir ki, "Azərbaycanda bir məktəb belə açmayan şərəfsizlər heç olmasa nurçunun məktəb açdığını görüb utanmalıdır”. Yəni o, Azərbaycanda “nurçular” adlı bir qrupun olduğunu və onların fəaliyyətinə haqq qazandırdığını etiraf edir. Əksinə, digərlərini onların yolu ilə getmədikləri üçün “şərəfsiz” adlandırır. Məndə olan informasiyaya görə Azərbaycanda “nurçu” adında heç bir daxili və ya xarici investor yoxdur və olmayıb! Fazil bəy, Azərbaycan dövlətinin sadə vergiödəyicisi kimi sizdən, yəni Milli Şəclisin üzvündən xahiş edirəm, bildirəsiniz ki, Azərbaycanda təhsil müəssisəsi açan “nurçu” adında investor kimdir və Azərbaycanda açılan bu məktəblərində Azərbaycan Konstitusiyasına və Təhsil qanununa nə dərəcədə riayət olunub?

Milli Məclis üzvü, özünü inanclı insan və ziyalı hesab edən Fazil Mustafa məgər bilmirmi ki, “nurçu” adını işlətməklə o, bir qrup inanclını digərlərindən ayırır və təriqətçilik edir? Belə tənqidi eşıdən Fazil Mustafa görün mənə nə cavab verib: “Bir dəfə Avropa Şurasında Almaniyanın yaşıllar partiyasının bir təmsilçisi ilə söhbət edərkən, söylədim ki, bizdəki yaşıllarla əlaqəniz varmı? Cavab verdi ki, sizdəki yaşılın təbiətlə bir əlaqəsi yox, cənubla əlaqəsi var”. Sizcə tənqidə belə cavab inanclı insana və ziyalıya yaraşarmı? Buna xalq dilində deyirlər ki, “heç hənanın yeridir, Fazil Mustafa?” Axı Siz cavab verin ki, məktəb açmadığına görə kimisə “şərəfsiz” adlandırmağınız hansı inanca və ziyalı əxlaqına uyğun gəlir? Məktəb açdığı üçün nümunə gətirdiyiniz bu “nurçular” adında investor kimdir? Bu suala cavab vermək əvəzinə Siz Avropa Yaşıllar partiyasının 5 ildir assosiativ üzvü olan Azərbaycan Yaşıllar partiyasına hücum edirsiz. Belə yalan uydurmaq nə ziyalıya, nə inanclı insana, nə də siyasətçiyə yaraşmaz, cənab Fazil Mustafa!

Mayis Güləliyev
/İslamazeri/
2152 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...