Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2015

Nüvə danışıqlarına dair razılıq üçün imkan yaranıb

Lüksemburqda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif avropalı həmkarları ilə rəsmi Tehranın nüvə proqramına dair danışıqlar aparıb. İranla 6-lıq ölkələr arasında nüvə proqramı ilə əlaqədar müzakirə müddətinin bitməsinə 6 gün qalıb.

Zərif danışıqların hazırkı mərhələsində qarşı tərəflə razılıq əldə etmək üçün yaxşı imkanın yarandığını deyib. Onun sözlərinə görə, bunun üçün tərəflər siyasi iradə nümayiş etdirməlidirlər.

“Biz razılığa dair sənədlərin hazırlanması prosesini direktorlar səviyyəsində davam etdirməyə qərar verdik. Prosesə kömək etməsi üçün, eyni zamanda, nazirləri də dəvət edəcəyik. Prosesin nə zaman bitəcəyini deyə bilmərəm. Lakin yekun nəticəyə gəlmək üçün hər kəs siyasi qətiyyət göstərir”

Danışıqlarda iştirak edən Böyük Britaniyanın xarici işlər naziri Filip Hemond razılıq əldə etmək məqsədilə qarşıda duran bütün maneələri dəf edəcəklərini deyib./ans/
565 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:16
Bakıda b