Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2015

Kılıçdaroğlu geri çəkilir – İlginc açıqlama

Baxçalının baş nazirlik təklifini rədd etməsinin ardından Kılıçdaroğlu çox maraqlı açıqlama verib.

Bu barədə “Milliyət” qəzeti məlumat yayıb. CHP lideri yalnız ölkənin çıxarları üçün siyasətdə olduqlarını bildirib:

“Baxçalıya etdiyimiz təklifdə niyətimizin yaxşı olmasına baxmayaraq, bunun başa düşülməməsini anlayışla qarşılayırıq. Ancaq siyasətdə küslülük olmaz. İki il sonra seçimlərə gedə bilərik. Qapıları tamamilə qapatmaq da olmaz. Cəmiyyətdə seçimlərlə bağlı bir ümid yaranıb. AKP ilə MHP koalisiya qura bilər. Buna qarşı deyilik. Belə olan halda bizə müxalifət vəzifəsi qalır. Özəlliklə iqtidar olmaq üçün xüsusi bir axtarış içində də deyilik. Belə bir düşüncəmiz də yoxdur. Biz vətəndaşların verdiyi səslərin haqqını ödəməyə çalışırıq. Hətta dəyərlərimiz üçün bütün vəzifələrdən əl çəkə bilərik”./axar/
558 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber