Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2015

ABŞ və Səudiyyənin böyük oyunu deşifrə edildi – Sui-qəsd

2011-ci ildə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyinə sui-qəsdi İran təşkil etməyib.

“Sol Qazeta” xəbər verir ki, bu, “Vikiliks”in son yayımladığı sənədlərdən sonra ortaya çıxıb.

“Vikiliks”in sənədlərinə görə, bu, terror hücumu Səudiyyə Ərəbistanı və ABŞ tərəfindən maliyyələşdirilib. Belə ki, həmin ərəfədə ABŞ-da səfərdə olan Səudiyyə Ərəbistanının Kəşfiyyat İdarəsinin şefi şahzadə Mukrin Bin Abdulaziz prezidenti köməkçisi Co Baydenlə görüşür. Məhz bundan sonra ərəb krallığının səfirliyinə hücum planı hazırlanır. Burada əsas məqsəd BMT-nin İrana qarşı yeni qərarının qəbul olunmasına şəraitin yaradılması idi.

Qeyd edək ki, 2011-ci ildə Amerika mətbuatı Səudiyyə Ərəbistanı səfirliyinə əsas hücumun iranlı Mənsur Ərbabsiyar tərəfindən həyata keçirildiyini bildirmişdi. Mətbuat Ərbabsiyarın bundan sonrakı hədəflərinin isə ABŞ və Argentinadakı İsrail səfirliklərinin olduğunu yazmışdı.

Ərbabsiyar 2013-cü ildə 25 il həbs cəzasına məhkum edilib./axar/
779 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:11