Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2015

Amerikada növbəti atışma: 7 yaralı

ABŞ-da növbəti atışma baş verib. TASS xəbər verir ki, naməlum şəxs Pensilvaniya ştatının Filadelfiya şəhərində küçədə atəş açıb. Hadisə nəticəsində biri uşaq olmaqla yeddi nəfər yaralanıb.

Yaralıların hamısı xəstəxanaya çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Atəş açan şəxs qaça bilib. Cinayətkarın axtarışları davam edirilir.

Xatırladaq ki, Filadelfiya ştatının adı son günlər silahlı insidentlərlə bağlı ikinci dəfədir hallanır. Şənbə günü şəhərin qərb hissəsində naməlum şəxsin açdığı aramsız atəş nəticəsində 10 nəfər, o cümlədən, bir neçə uşaq yaralanmışdı. Analoji hadisə Detroyd şəhərində də baş vermişdi. Həmin hadisə zamanı nəfər ölmüş, 8 adam yaralanmışdı./musavat/
543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber