Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2015

Xədicə İsmayılın istintaqı yekunlaşıb

"Jurnalistə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 284.2. (dövlət sirrini yayma) maddəsinə xitam verilsə də, qalan maddələr qüvvədə saxlanılıb"

Həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılın istintaqı yekunlaşıb. İyunun 23-dən jurnalist və vəkilləri istintaq materialları ilə tanış olacaq.

Bu barədə jurnalistin vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Fəxrəddin Mehdiyev bildirib ki, jurnalistə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 284.2. (dövlət sirrini yayma) maddəsinə xitam verilsə də, qalan maddələr qüvvədə saxlanılıb: "Baxmayaraq ki, Tural Mustafayev təzyiqlər nəticəsində ifadə verdsiyini ictimaiyyətə açıqlamışdınmışdı, amma biz vəsatət qaldırsaq da, qəbul edilmədi. İstintaq hesab etdi ki, məsələ məhkəməyə göndərilməli və məhkəmə hüquqi qiymət verməlidir".

Jurnalist Xədicə İsmayıla qarşı ötən ilin dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) irəli sürülüb və o, həmin gün həbs olunub. Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyiylə keçirilən prosesdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Fevral ayında jurnalistə qarşı Baş Prokurorluq Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlarını elan edib.

Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.

Xədicə İsmayıl irəli sürülən ittihamları peşə fəaliyyəti ilə əlaqələndirərək rədd edib. Beynəlxalq Amnistiya Təşkilatı jurnalisti "Vicdan məhbusu" elan edib./Meydan TV/
564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16