Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2013

İran prezidenti idman formasında

Həsən Ruhaninin ən çox sevdiyi idman növünün alpinizm olduğu ortaya çıxıb

İran mətbuatında adətən dini geyimdə görməyə alışdığımız İran prezidenti Həsən Ruhaninin idman stilində olan fotoşəkili yayılıb.

Apa-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, İran prezidentinin ən çox sevdiyi idman növü alpinizmdir. Hətta H.Ruhaninin öz sağlamlığını qorumaq üçün həftədə bir və ya iki dəfə Tehran şəhərinin ətrafındakı dağlara, xüsusilə dağ kurortlarına dırmandığı bildirilir. Onun İran Ali Milli Təhlükəsizlik Şurası katibi işləyəndən ölkənin prezidenti olanadək müddətdə belə heç vaxt idmanı buraxmadığı və sevimli məşğuliyyətini gizlətmədiyi qeyd olunur.

İran Alpinizm Federasiyasının prezidenti İsa Savə Şimşəki məsələ ilə bağlı bildirib ki, H.Ruhani adətən həftədə bir-iki dəfə Tehran şəhərinin ətrafındakı dağlara gedir: “Əlbəttə, İran prezidenti hələlik bu həftə dağa dırmanmayıb. Ancaq o, idmanı çox sevir və davam etdirir”.
1526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
<