Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2015

Qubada sakinlər vahiməyə düşdü

Quba rayonunun Qam-Qam kəndinə canavarlar hücum edib. Bu barədə kənd sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, iyunun 21-də canavarlar kəndə girib. Onlar bir neə qoyunu, dana və atı parçalayıblar.

Kənd sakini Rüstəm Rəhimovun sözlərinə görə, canavarlar ən çox ona ziyan vurublar. Vəhşilər onun 5 heyvanını boğub, birini də yaralayıblar.

"Canavarlar 6 heyvana hücum ediblər. Bundan başqa, qonşunun atını və danasını da parçalayıblar", - deyə Rüstəm Rəhimov bildirib.

Məsələ ilə əlaqədar Quba rayon Baytarlıq İdarəsinin rəis əvəzi Nadir Becanovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, bu barədə idarəyə müraciət daxil olan kimi hadisə yerinə mütəxəsssilər cəlb olunublar.

"Təcili profilaktik tədbirlər görülüb. Quduzluq əleyhinə dərmanlar vurulub. Heyvanların leşləri basdırılıb. Çünki bu məsələdə bir az yubanma olarsa, quduzluq yayıla bilər. Bu insanlara da keçər. Belə məsələlərdə qətiyyən yubanmaq olmaz", - deyə Nadir Becanov bildirib.

Qeyd edək ki, ötən ay analoji hadisə rayonun Amsar kəndində də baş vermişdi. Həmin vaxt gecə saatlarıdna canavarlar kəndə hücum edərək çoxlu sayda heyvanları boğublar./ans/
526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı