Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2015

Edam hökmü iki ölkəni bir-birinə vura bilər

Fransa hökumətinin İndoneziyada həbs edilən vətəndaşını edam cəzasından xilas etməsi cəhdləri boşa çıxıb. Serj Atlaui adlı şəxs 2005-ci ildə narkotik istehsalı ilə məşğul olduğu üçün saxlanılmışdı. Atlaui Cakarta məhkəməsinə əfv olunması üçün müraciət etsə də, müraciət rədd edilib. Atlaui saxlanılan zaman yerli fabriklərdən birində avadanlıq ustası kimi fəaliyyət göstərirmiş. Lakin, eyni zamanda, onun narkotik qaçaqmalçısı olduğu da aşkar edilib. Fransa hökuməti, hətta prezident Fransua Oland edam hökmü icra ediləcəyi təqdirdə bunun iki ölkə arasında diplomatik gərginliyə səbəb olacağını bildirib.

Rəsmi Cakarta müqəddəs Ramazan ayı ilə əlaqədar edam hökmünün icrasını bir ay müddətinə təxirə salıb./ans/
471 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber