Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2015

Dollarda növbəti bahalaşma

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

Mərkəzi Bankın verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1,1804 AZN-dən 1,1727-ə qədər azalıb.

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi isə bahalaşıb. Belə ki, 1 dollar 1,0479 AZN-dən 1,0483-ə qədər artıb.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
582 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber