Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2015

İŞİD-in “maliyyə naziri” öldü

İŞİD terror qruplaşmasının daha bir vacib adamlarından biri məhv edilib.

İŞİD terror qruplaşmasının “maliyyə naziri” kimi bilinən Muhamməd Zəlan yanında olan dörd silahlı ilə birlikdə ölüb. Bu barədə İraq Kürdistan Demokrat Partiyasının Mosul nümayəndəsi Said Məmuzini “AA”nın müxbirinə verdiyi açıqlamada bildirib.

“İŞİD terror qruplaşmasının sözdə maliyyə naziri Muhamməd Zəlan və yanındakı dörd silahlı Geyara qəsəbəsindən Mosula qayıdarkən ABŞ-ın başçılıq etdiyi koalisiya təyyarələrinin hədəfi olmamaq üçün yollarını dəyişiblər. Lakin onların bu fəndi ölümləri ilə nəticələnib. Belə ki, onların getdiyi yol minalanmış sahə olub”, – deyə Məmuzini açıqlamasında qeyd edib.

Məmuzini ölənlərin İraq vətəndaşı olduğunu da vurğulayıb./ans/
625 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:36