Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2015

Bu ölkə istidən qovrulur - 572 ölü

Pakistanda hökm sürən dəhşətli istilər can almağa davam edir. Ölü sayı artıq 572-yə yüksəlib.

Ölüm hallarının əksəriyyəti Sind vilayəti, Karaçi şəhərlərində qeydə alınıb. Belə ki, burada günvurma ilə bağlı olaraq ölənlərin sayı 300 nəfərdir.

Pakistan kanallarına açıqlama verən səhiyyə nazirliyi rəsmisi Jam Mehtab Hussain Dahar ancaq 347 nəfərin özəl və ya dövlət xəstəxanalarında öldüyünü deyib.

Sind əyalətində bütün dövlət xəstəxanalarında fövqəladə vəziyyət elan edilib, səhiyyə işçilərinin məzuniyyəti ləğv edilib.
Pakistan mərkəzi və cənubunda havanın hərarəti 47 dərəcəyə çatıb.

Sinoptiklər qızmar havanın ölkədə iyun ayının 24-dək davam edəcəyini proqnozlaşdırırlar.

Xatırladaq ki, ötən ay eyni vəziyyət Hindistanda da müşayiət edilirdi. Şiddətli istilər bu ölkədə 1700 nəfərin ölümünə səbəb olmuşdu.
574 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP