Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2015

Goranboyda doğuş zamanı ana və uşaq ölüb

Hadisə Goranboy rayon xəstəxanasında baş verib.

Məsələ ilə bağlı xəstəxananın şöbə müdiri İradə Həsənova qeyd edib ki, 1983-cü il təvəllüdlü Aslanova Nəcibə Şahmar qızı iyunun 22-də onlara çox ağır vəziyyətdə müraciət edib: “Xəstə bizə daxil olanda koma vəziyyətində idi. Həkim Məmmədova Şəhla tərəfindən təcili olaraq əməliyyata alındı. Lakin vəziyyəti ağır olduğu üçün həm Bakıdan, həm Gəncədən həkimlər çağırıldı. Amma gecə saat 3 radələrində ana keçindi”.

İ.Həsənova uşağın da ölü doğulduğunu vurğulayıb: “Fermada yaşayan ailə olub və özünün hamiləliyindən də xəbəri olmayıb. İki böyük uşağı var. Hamiləlikdən xəbəri olmadığı üçün heç hara müraciət etməyib. Anasıgilə gələndə başağrısının olduğunu deyib. Anası həkimə aparmağa çalışsa da gəlin getməyib və qəfildən halı pisləşib. Anasıgil də təcili bura gətiriblər”./modern/
619 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP