Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2015

Kompyuter oyunları Alzheimer xəstəliyi yarada bilər

Kompyuter oyunlarının Alzheimer xəstəliyi riskini artıra biləcəyi müəyyən olunub.
Kanadada yerləşən Montreal Universitetindən elm adamları kompyuter oyunu azarkeşlərinin ekrana diqqətlərini topladıqları zaman beyindəki hipokampus bölgəsində boz maddənin azalmasında rol oynayan "caudate nucleus" sahəsindən həddindən artıq istifadə etdiyini qeyd edib.
Alimlər beynin hipokampus bölgəsində boz maddənin azalması və bu bölgənin kiçilməsinin Alzheimer başda olmaqla bir çox nevroloji və psixioloji xəstəliklərə zəmin yaratdığına diqqət çəkib.
Ağac və dağların olduğu ekranda bəzi obyektlərin tapılmasına yönəlmiş oyunlar oynanan zaman iştirakçıların beyin görüntüləri və göz hərəkətləri araşdırılıb.
Araşdırma əsnasında oyun azarkeşlərinin obyektləri axtaran zaman "caudate nucleus" sahəsini əvvəllər kompyuter oynamayanlardan 2 dəfə artıq istifadə etdiyi müşahidə olunub. Beyindəki “mükafat sistemi” olan “caudate nucleus”un narkotik və alkoqol asılılığı ilə də əlaqəli olduğunu vurğulayan elm adamları bu sahə nə qədər çox istifadə olunarsa, Alzheimer kimi nevrolji xəstəliklərə tutulma riskinin də bir o qədər artdığını nəzərə çatdırıb.
Araşdırmanın nəticələri "Proceedings of the Royal Society B" jurnalında dərc olunub.
Daha əvvəllər aparılan bəzi araşdırmalar kompyuter oyunlarının öyrənmə və problemi həll etmə qabiliyyətini artırdığını irəli sürsə də, elm adamları oyunların beyində nəzərəçarpan dəyişikliklər yaratdığı ilə bağlı həmfikirdirlər./Saglamolun/
844 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber