Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2015

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Təşəkkür edirəm. Sual budur ki bir nəfər nadanlıqdan 25 yaşına kimi nə oruc tutub nə namaz qılıb əslən heç namazın və orucun vacibliyi haqda bilməyib. Soradan yəni həddi bulğdan 10 il keçəndən sonra anlayıb ki oruc buna vacibdir, yəni tövbə edib Allahın yoluna qayıdıb. Bu şəxsə tövbə edib Allahın yoluna qayıdanda ramazan ayına 10 ay və ya ondan az bir müddət qalıb, bu qəzaya verdiyi orucları ramazan ayına kimi tutub qurtarmalıdır? Bu orucların kəffrəsi var ya yox? Əgər fərz etsək ki bu şəxs 25 yaşına kimi tutmadığı orucların kəffarəsi yoxdur, ramazan ayına 6 ay qalmış tövbə etsə və qəzaları ramazan ayına qədər qurtara bilməsə hansı ki 10 ay boynunda qəza var 6 ayını tutandan sonra yerdə qalan 4 aya kəffarə gələr? Xaiş edirəm bu barədə əftraflı məlumat verəsiniz.
Ad: Abuzər, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Cavab:

Bismillahir-rəhmanır-rəhim
1. Mümkün olduğu təqdirdə Ramazan ayı çatmamış orucun qəzası tutulmalıdır.
2. Şəri hökmlərdən və orucun vacibliyindən xəbərsiz və qafil olubsa, təkcə qəza etmək kifayət edər, əks təqdirdə qəzadan əlavə kəffarə də verilməlidir.
3. Əgər qəzanı tutmaqda səhlənkarlıq etməyibsə, təxirin kəffarəsi lazım deyil.
763 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı