Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2015

Bakıda 22 yaşlı gənci qanına qəltan etdilər

Bu gecə Bakının Səbail rayonunda bıçaqlanma olub. Hadisə barədə Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsinə xəbər verilib.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, bıçaqlanan şəxs 22 yaşlı Samir Binnətəlyevdir. Müayinə zamanı onun qarın nahiyyəsindən iki bıçaq zərbəsi vurulduğu məlum olub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisədən əvvəl küçədə səs-küy düşüb. Sonradan söyüş söyülüb və dava düşüb. Dava nəticəsində Samir Binnətəliyev bıçaqlanıb.

Onu vəziyyəti ağır olduğundan baş verənlərlə bağlı məlum verə bilməyib. Hazırda xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti ağırdır./ans/
703 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:01