Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2013

Dünya Çempionatının püşkü atıldı

Braziliyada keçiriləcək Dünya Çempionatının püşkatma mərasimində iştirak edəcək milli komandaların hansı torbalarda yer alacağı məlum olub.

Çempionata ev sahibiliyi edəcək Braziliya ilə yanaşı I torbada yer alacaq komandalar İspaniya, Almaniya, Argentina, Kolumbiya, Belçika, İsveçrə və Uruqvay milli yığmalarıdır.

Digər torbalarda isə komandalar dünya sıralamasındaki reytinqinə görə deyil, ölkələrin yerləşdikləri qitələrə görə formalaşdırılıb. Beləliklə, Afrikanın 5 və Cənubi Amerikanın 2 milli komandası II torbada, Asiyanın 4 və Şimali, Mərkəzi Amerikanın 4 millisi III torbada, Avropanın 9 milli yığması IV torbada yer alıb.

Qaydalara görə, eyni qitədən iştirak edən ölkələr eyni qrupa düşməyəcək. Yalnız Avropanın 2 ölkəsinin millisi bir qrupda yer ala biləcək.

Dünya Çempionatında iştirak edəcək milli komandaların torbalarda yer aldığı siyahı belədir:

I torba: Braziliya, Argentina, Kolumbiya, Uruqvay, Belçika, Almaniya, İspaniya, İsveçrə.

II torba: Əl Cəzair, Kamerun, Kotdivar, Qana, Nigeriya, Çili, Ekvador.

III torba: Avstraliya, İran, Yaponiya, Cənubi Koreya, Kosta Rika, Honduras, Meksika, ABŞ.

IV torba: Bosniya və Herseqovina, Xorvatiya, İngiltərə, Fransa, Yunanıstan, İtaliya, Hollandiya, Portuqaliya, Rusiya.
1713 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi