Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2015

Xaçmazda 22 yaşlı gənc batıb

Axşam saatlarında Xaçmaz rayonunda dənizdə 1993-cü il təvəllüdlü Məmmədşah Aydın oğlu Məmmədov batıb.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, qurumun Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb.
M.Məmmədovun meyiti batdığı yerdən, təxminən, 70 metr məsafədən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
914 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber