Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2015

Əsas məşəldi

Qarabağı, şəhidlərimizi, qazilərimizi boş verin. Əsas odur tatami üzərində erməniyə qalib gəlmişik, açılışda “sarı gəlin”i səsləndirib, bizə məxsusluğunu sübut etmişik. Sabah da qonaqlara dolmadan, kababdan verin. Qoy bilsinlər ki, biz qonağı yaxşı qarşılayıb, evdə ac yatırıq, tıxaclarda sürünürük. Sırf onlar ölkəmizə gəlib deyə 15 gün nə yeyib, içdiyimizi öyrənmişik. Əvvəl vaqonlarda sıxlıqdan sərnişin həyatını itirmişdi, amma bu heç kimi maraqlandırmırdı. Yararsız avtobuslara möhtac qalmışdıq. Siz gəldiz, aydınlandıq. Binalarımızı ucuz, tezalışan penoplastlarla üzlədilər, dinmədik. Körpə övladlarımız yandı, dinmədik! Üstəlik etiraz edən, mitinqdə iştirak edən insanlara lağ elədilər. Hələ mənasız məşəl bayramını demirəm. Sanki, bölgələrə ruzi bərəkət gətirirdilər. Yanan bir çubuğu alqışla, qayğılarımızı təbəssümlə gizlədib, qarşılayırdıq. Günvurmadan xəstəxanalıq olsaq da, bir neçə nəfər ölsə də, biz kamera qabağına keçib " çox xoşbəxtik, Allah prezidentimizə can sağlığı versin" deməyi bacaran xalqıq! Rayondan qohumlarımız şəhərə gələ bilmir. Sizin üçün xüsusi yol ayırmışıq. O xəttin üstündə maşın sürsək atamızı yandırarlar. Bu gün isə velosiped yarışlarına görə bizi şəhərdən sürgün etdilər. Saatlarla yollarda qaldıq, gedəcəyimiz ünvana gecikdik. Və bütün bu olanlar çoxlarını narahat etmir. Boğazımızdan 8 milyard kəsib, sizə xərcləmişik. Hər kim ki, bu baş verənlərə etiraz etsə "ermənipərəst" damğasını yapışdırırıq, vəssalam. Əsas olan 5-10 medaldı, bayrağımızın ucalmasıdır. Himnimizi bilməsək də olar, bayrağı kəllə mayallaq tutsaq da olar.

Ən dəhşətlisi budur ki, Avropa oyunlarını bəh-bəhlə keçirdiyimiz anlarda, Avropanı söyməyi də bacarırıq. Bizim hökumətə Avropanın təhsili, səhiyyəsi, hüquq sistemi yox, ölkəmizi qarış-qarış gəzən məşəli lazımdır. Nə olsun ki, 20 faiz torpağ itirmişik. Əsas odur ki, 640 milyonluq Olimpiya stadionumuz var. Biz Avropaya “oyun”larla inteqrasiya edirik.

Nərmin Xəlil
693 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı