Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2015

Göndərdiyimiz mesajları geri çəkə biləcəyik

Texnologiya nəhəngi Quql elektron poçt xidməti olan Gmaildə mesaj yolladıqdan sonra geri qaytarmaq funksiyasını yaradıb.

İstifadəçilər əvvəlcə bu xidməti aktivləşdirməlidir.

Gmail ekranının sağ üst küncündə yerləşən “Tənzimləmələr” bölümündən “göndərməyi geri al” variantını aktivləşdirdikdə göndərilən mesaj alıcının e-poçt ünvanına çatsa belə silinəcək.

Gmail mesajı geri qaytarmaq əməliyyatı üçün istifadəçiyə ən çox 30 saniyə müddət verir.

Gmailin yazıları geri almaq xüsusiyyətinin sınaq versiyası 2009-cu ildən istifadəyə açıq idi. Ancaq bu günə qədər Gmailin pilot sınağından yalnız onu qəbul edən istifadəçilər faydalana bilirdi.

Sınağın müsbət nəticə verdiyini düşünən Quql bu xüsusiyyəti bütün istifadəçilərə təqdim etməyi planlaşdırır.
730 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı